Komitə sədrinin qəbulunda dəyişiklik edilib

Komitə sədrinin qəbulunda dəyişiklik edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Ağdam rayonunda keçirəcəyi qəbulun tarixində dəyişiklik edilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ağdam rayonunda vətəndaşların qəbulu 20 sentyabr 2013-cü il tarixdən 27 sentyabr 2013-cü il tarixə keçirilib.

Qeyd edək ki, qəbulda iştirak etmək istəyənlər Goranboy rayonundakı Ailə və Uşaqlara Dəstək Mərkəzinə müraciət edə bilərlər. Qəbul haqqında əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə