Sabirabad rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində İTV-nin əməkdaşı Tural Bağırov və daha bir nəfər həyatını itirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kürkəndi kəndində baş verib.
Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "NİSSAN" markalı minik avtomobili İTV-nin bölgə müxbiri Tural Bağırovun idarə etdiyi "TOFAŞ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Nəticədə "NİSSAN" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB