Məlum olduğu kimi, Multimedia Mərkəzi tərəfindən "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində treninqlər təşkil olunur. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Bir həftə davam edən treninqləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.
Treninqlər Elektron hökumət quruculuğu prosesinin, Açıq hökumət təşəbbüsünün və İnformasiya Cəmiyyətinin formalaşmasının xüsusiyyətlərini, sosial media və multimedia jurnalistika sahələrini, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmalıdırlar.
Təlimlərin oktyabr ayında bir həftə müddətində, saat 14.00 – 18.00 arasında keçirilməsi nəzərdə tutulub. Təlimlərin AMEA Infromasiya Texnologiyaları İnsititutu ilə əməkdaşlıq şəraitində keçiriləcək. Təlimlər bu İnstitutun yüksək texnologiyalarla təmin olunan Təlim Mərkəzində təşkil olunacaq .Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
İştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçə bilərlər. Və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB