Avropa Birliyinin dəstəyi ilə ARGTMŞ tərəfindən növbəti beynəlxalq layihə həyata keçirilib

Avropa Birliyinin dəstəyi ilə ARGTMŞ tərəfindən növbəti beynəlxalq layihə həyata keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Go For Green" beynəlxalq layihəsini həyata keçirilib. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Birliyinin "Youth İn Action" proqramı çərçivəsində keçirilən layihə 8-15 sentyabr 2013-cü il tarixlərində Azərbaycanın Şəki şəhərində baş tutub. Layidə Azərbaycanda daxil olmaq 8 ölkədən (Çexiya, Rumuniya, İspaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova) 40 nümayəndə heyəti iştirak edib.

Layihənin əsas məqsədi açıq hava şəraitində ekoloji problemləri fərqli ölkələrin gəncləri ilə müzakirə etməkdir. Eyni zamanda iştirakçılar Azərbaycanda daxil olmaqla müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olublar.

Müzakirə edilən mövzular, qrup rəhbərlərinin layihədən öncə görüşərək qərarlaşdırdıqları proqram çərçivəsində olub. Yeddi günlük layihədə düşərgə iştirakçıları ekoloji problemlər, ekologiyanın qorunmasında gənclərin iştirakçılığı, ekologiyanın qorunmasında könüllülüyün rolu və ekoloji çirklənmə haqqında müzakirələrdə iştirak edib, təcrübələrini bölüşüb və bu sahədə bildiklərini öz ölkələrinin cəmiyyətinə necə ötürməklə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası bu ilin yanvar ayından etibarən "Youth İn Action" proqramına qoşulub. ARGTMŞ nümayəndə heyəti ilin 9 ay ərzində tərəfdaş olaraq 13 "Youth in Action" layihələrdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə