Müharibə bitməyənə qədər snayperləri çəkməyəcəyik

Bu barədə Eldar Sabiroğlu cəbhə xəttində ziyalıların qarşısında keçirdiyi brifinq zamanı bildirib
Müharibə bitməyənə qədər snayperləri çəkməyəcəyik

Hərb "Müharibə bitməyənə, Azərbaycan torpaqları işğaldan azad olmayana qədər snayperlər cəbhə xəttindən geri çəkməyəcək. Azərbaycan, Müdafiə Nazirliyi bundan imtina edir". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində ziyalılarla birgə keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkilləri Hadı Rəcəbli, Aydın Mirzəzadə, xalq artistləri Amaliya Pənahova, Nurəddin Mehdixanlı və digər şəxslər də təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə