Elşən Musayev: “İbrahimbəyova bu dünyanın ən yaşlı“xamelion”ları da qibtə edə bilər”

Elşən Musayev: “İbrahimbəyova bu dünyanın ən yaşlı“xamelion”ları da qibtə edə bilər”

"Əgər İbrahimbəyov o qədər olub-bitənlərdən sonra özündə güc və cəsarət tapıb hələ də siyasətdən danışırsa, bu artıq rəzalətdir. Hətta deyərdim, bir insan zehniyyətinin çöküşüdür, enişidir. Və inanın, İbrahimbəyovun fikirlərini oxuduğum an ilk ağlıma gələn bu oldu ki, artıq dünyanın ən yaşlı "xamelion"ları da bu adama çox rahat bir şəkildə qibtə edə bilər". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun bu gün mətbuatda yayılan müsahibəsinə münasibət bildirərkən söyləyib.

"O yenə mətbuatı ittiham edir ki, fikirləri təhrif olunub və s. Hələ ardınca ikin gün sonra dandığı kəlmələrin rus dilində təfsirini verir. Yəni təxminən,"azərbaycanca fikirlərimi düzgün izah edə bilməmişəm, doğma dilim olan ruscada əsl demək istədiklərim budur"- kimi bir şey. Və...bu adam sonra millətçilikdən, milli təəssübkeşlikdən danışır. Azərbaycan xalqını cəsarətsizlikdə ittiham edir. Bu dövlətin vətəndaşına "Cəmil Həsənlinin bank hesabı niyə boş qalıb?"- sualını ünvanlayır. Ölkənin sərhədlərindən min kilometrlərlə uzaqdan mitinq anonsu səsləndirir. Hansı haqqla? Hansı nümunə ilə?", deyə politoloq bildirib.

E.Musayev Milli Şura sədrinə xitabən: "Sən müxalifətin vahid namizədi olub ölkəyə qayıtmaq cəsarətini özündə tapmadıqdan sonra kimi cəsarətsizlikdə ittiham edə bilərsən? Nə deyib iittiham edə bilərsən? Və ya (guya) önündə getdiyin "Milli Şura"nın burda işi-gücü tökülüb qalarkən bütün etimadları və inamı bir "montaj"ın, Dağıstanda hansısa şairin şərəfinə çəkdiyin dəxilsiz bir kinonun güdazına verdikdən sonra hansı üzlə, hansı abırla danışırsan bütün bu nağılları? Sən bu ölkədə son 50 ildə bir seçkiyə qatılıb səs vermisənmi ki, indi Azərbaycan xalqını passivlikdə, zəiflikdə ittiham edirsən?"-deyə fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə