Bizim seçimimiz İlham Əliyevdir! FOTOLAR

Bizim seçimimiz İlham Əliyevdir! FOTOLAR

Sentyabrın 16-da Füzuli rayonunda YAP-ın vahid namizədi cənab İlham Əliyevin seçki qərargahı seçicilərlə ilk görüşlərini keçirib. Rayonun Kürdmahmudlu, Şükürbəyli, Horadiz qəsəbə və kəndlərində keçən görüşləri giriş sözləri ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova deyib ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcək".

Görüşlərdə Azərbaycan Dövlət Tibb Universitetinin professoru, Əməkdar elm xadimi Qalib Qarayev çıxış edərək deyib ki, Prezident İlham Əliyevin apardığı qlobal siyasətin nəticəsidir ki, fövqəldövlətlər Azərbaycanı nəinki region, hətta dünya üçün əvəzedilməz tərəfdaş hesab edirlər: "Eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsindəki fəaliyyətinə görə də Azərbaycan dövləti daim öndə olub. Bu gün yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin aparıcı əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru, Şərq Elmləri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rizvan Dadaşov çıxışında deyib ki, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb: "Nəticə isə çox qürurvericidir. İndi ölkəmizdə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir".

Azərbaycan Dövlət İqtisad Univesitetnin müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, univesitetin YAP Qadınlar Şurasının sədri Təranə Kərimova çıxışında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətdə siyasi tolerantlıq mədəniyyətinin izlərini aydın görmək olar: "Azərbaycanın qlobal müstəvidə strateji mövqeyi çox əlverişli olduğundan, belə bir vəziyyətdə təhlükəsizliyin və neytrallığın təmin edilməsi üçün çox diqqətli və dərindən düşünülmüş siyasət aparılır. Mövcud şəraitdə bütün bunları etmək siyasətçidən yüksək zəka, öncəgörmə qabiliyyəti və intellekt tələb edir. Məhz bu cür balanslaşdırılmış siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hazırda dünya qlobal problemlər və təhlükələrlə üz-üzədir. Son dövrlər regionda baş verən hadisələr də göz qabağındadır. Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqını bu təhlükələrdən qorumaq missiyasını yüksək səviyyədə yerinə yetirir. Ona görə də əminliklə bildiririk ki, xalqımız belə bir qətiyyətli liderə səs verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə