ATGTİ Avropa tələbələrinin 26-cı konvensiyasında təmsil olunacaq

ATGTİ Avropa tələbələrinin 26-cı konvensiyasında təmsil olunacaq

Avropa Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) qurumla əlaqələrini genişləndirir. SİA-ya verilən məlumata görə, bu məqsədlə ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli və təşkilatın mətbuat katibi Hüseyn İsmayilov, Litvanın Kaunas şəhərində 20-22 sentyabr tarixlərində keçiriləcək "Avropa tələbələrinin 26-cı konvensiyası" tədbirində iştirak edəcəklər.

Avropa məkanında ali təhsilin yeni inkişaf perspektivləri, bu sahədə mövcud maliyyə problemləri müzakirə olunacaq tədbirdə, ATGTİ nümayəndələri Azərbaycanın təhsil siyasəti haqqında məlumat verəcəklər.

Qeyd edək ki, ATGTİ ilk dəfə cari ilin martında ATB-nin İrlandiyada keçirilmiş 25-ci konvensiyasında təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə