Azad Rəhimov vətəndaşlarla görüşəcək

Azad Rəhimov vətəndaşlarla görüşəcək

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 21-də Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək. Bu barədə SİA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11-00-da Sumqayıt şəhəri 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binasında (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Sülh küçəsi 17) başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə