Qanvermə aksiyası keçirilib

Tərtərdə qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımıza kömək məqsədilə Tərtər məscidində könüllü qanvermə aksiyası keçirilib. Tərtər rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə keçirilən aksiyaya rayon sakinləri və polis şöbəsinin əməkdaşları könüllü olaraq qoşulub. Aksiyadan toplanan qan irsi qan xəstəliklərinə, talassemiya ümumiyyətlə qana ehtiyacı olan insanlara köçürüləcək. Qan verməyə gələnlərin ilk olaraq qan qrupları yoxlanıb, daha sonra qan alınıb.

Qeyd edək ki, aksiyada Bərdə Qan Bankının əməkdaşları iştirak ediblər. Hər bir insandan 150 - 200 qram qan çəkilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə