Bərdədə yeni tikilən məktəblərin açılışı olub

Bərdədə yeni tikilən məktəblərin açılışı olub

Bu gün Bərdədə yeni tikilən məktəblərin açılışı olub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayonunun Mirzalıbəyli və Qullar kəndlərində dövlət vəsaiti hesabına inşa edilən məktəblərin açılış mərasimində rayon icra başçısı, millət vəkilləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mirzalıbəyli kəndində istifadəyə verilən ikimərtbəli, 220 şagird yerlik yeni təhsil ocağında 11 sinif otağı var. Bununla yanaşı, məktəbdə müasir tələblərə cavab verən kompüter otağı, fizika və kimya laboratoriyaları, akt və idman zalları eyni zamanda kitabxana fəaliyyət göstərir.

Qeyd edək ki, rayonun Qullar kəndində dövlət vəsaiti hesabına inşa edilən 180 yerlik ikimərtəbəli yeni təhsil müəssisəsində də şagird və müəllimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə