Nazir Şirvanda əhali ilə görüşəcək

Nazir Şirvanda əhali ilə görüşəcək

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən sentyabrın 19-da Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Şirvan şəhəri, Neftçala, Sabirabad, Salyan, Hacıqabul, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Şirvan regional ədliyyə şöbəsi (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17; əlaqə telefonları: (02121) 5-15-66, 050-206-86-70), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə