Ağdaş rayonunda da Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilib. Belə ki, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağdaş rayonu üzrə seçki qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu gündən Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verib.
İlk olaraq partiyanın rayon təşkilatının Gənclər birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə prezidentliyinə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış cənab İlham Əliyevin şəkli əks olunmuş plakatları vurublar. Bu kampaniya rayon ərazisində səhər saat 8.00-da uğurla başa çatıb.
Eyni zamanda qeyd edilib ki, tərtib olunmuş qrafikə uyğun olaraq dünəndən başlayaraq rayon seçiciləri ilə görüşlər keçirilməkdədir.
R.KAMALQIZI







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB