Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı təşviqat işlərinə start verdi
Hər zaman birinci!

Artıq 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Namizədi Cənab İlham Əliyevin təşviqat işlərinə start verilib. SİA-ya verilən məlumata görə, bununla bağlı ölkənin bütün şəhər və rayonlarında İlham Heydər oğlu Əliyevin portretləri müvafiq löhvələrdə birinci olaraq yapışdırılıb.

Qeyd edək ki, bu uğurlu kampaniya Respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də reallaşdırılıb. Belə ki, Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərərgahı bu gün təşviqat işlərinə start verib.

Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrindəki xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin portretləri birinci sıradan yapışdırılıb. Eyni zamanda Gəncə şəhəri üzrə Mərkəzi Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq, seçicilərlə ilk görüş 17 sentyabr 2013-cü il saat 17:00-da Yeni Gəncə yaşayış massivindəki "Novruz" meydanında keçirilməsi qərarı şəhər sakinlərinə elan edilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə