"Təbliğatımızı seçki məcəlləsinə uyğun şəkildə həyata keçiririk"
"Bu il keçiriləcək Prezident seçkiləri Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacaq və xalqımız bu dəfə də düzgün seçim edərək, ölkəmizin iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyası, regionda və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində böyük nailiyyətlərə imza atmış İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir". Bu fikirlər Prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının seçki qərargahının növbəti yığıncağında səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova qeyd edib ki, qarşıdan gələn seçkilərə hazırlıq yüksək səviyyədədir. Proses müasir normativ hüquqi aktlara Azərbaycan Respublikasının bu sahədəki mövcud qanunvericiliyinə, seçki məcəlləsinə uyğun şəkildə həyata keçirilir: "Rayonda seçkilərə hazırlıq prosesi YAP Zərdab rayon təşkilatının qabaqcadan hazırladığı fəaliyyət planına uyğun şəkildə aparılır. Öz fəaliyyəti ilə daim ön sıralarda olan YAP Zərdab rayon təşkilatı və onun bütün fəal üzvləri bu seçkilərin mahiyyətini dərindən dərk edir, seçkilərə hazırlıq prosesini ləyaqətlə və yüksək fəallıqla başa vurmaq əzmindədirlər".
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB