İranlı nazir: “Mətbuatımız iki ölkə arasında olan mövzulara həssaslıqla yanaşmalıdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İrana işgüzar səfəri çərçivəsində İİR Mədəniyyət və İslami İrşad naziri cənab Əli Cənnati ilə görüş keçirib. Komitədən SİA-ya verilən məlumata görə, iranlı nazir Dövlət Komitəsinin sədrini və Azərbaycanın rəsmi heyətini səmimi salamlayaraq Azərbaycan Respublikası ilə onu bir çox xoş xatirələrin bağladığını qeyd edib, xüsusən Ümummilli lider Heydər Əliyevin İrana səfəri çərçivəsində Məşhədə etdiyi ziyarət zamanı onunla görüşü haqda xatirələrini bölüşüb. Ə.Cənnəti həmçinin İİR və Azərbaycan Respublikası arasında mədəni və dini sahədə əməkdaşlığın tarixi haqda və bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirib.
Hazırda dünyanı narahat edən ən böyük problemlərdən birinin dini zəmində radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən iranlı nazir, belə cərəyanların qarşısının alınmasında bütün dünyanın əməkdaşlıq etməli olduğunu vurğulayaraq, Azərbaycan ilə bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu qeyd edib. Ə. Cənnati həmçinin İran dövlətinin Qarabağın işğalı ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklədiyini bildirib. Səmimi keçən görüşdə Ə.Cənnəti İran və Azərbaycan mətbuatında dini mövzular barədə qarşılıqlı yazılar, İslam mədəni irsi, elmi mübadilə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, ortaq İslam mədəniyyəti ənənələrinin yaşadılması zəruriliyi haqda fikirlərini bildirib.
Elşad İskəndərov öz növbəsində iranlı həmkarına dəvətə görə təşəkkürünü bildirib, digər sahələrdə olduğu kimi, Azərbaycan hökumətinin İran ilə dini sahədə də konstruktiv, qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd edib. DQİDK sədri Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işləri xüsusi qeyd edib. Dövlət komitəsinin sədri Azərbaycan hökumətinin bir sıra beynəlxalq forumlarda İslamofobiya ilə mübarizə sahəsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin artırılması sahəsində fəal rolunu qeyd edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri, Azərbaycan bu rolunun bütün müsəlman ölkələri üçün vacib olduğunu xüsusi vurğulayıb.
Aparılan söhbət zamanı E. İskəndərov mətbuatın dini sahədəki məsələlərlə bağlı, bəzən qarşı tərəf haqda əsassız məlumatların yaydığını nəzərə çatdıraraq, belə məlumatlara dövlət qurumları tərəfindən operativ reaksiya verilməsinin vacibliyini, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, "qaynar xətt" formatında işləyən əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib. İranlı həmkar həqiqətən mətbuatın iki ölkə arasında olan münasibətlərə həssas yanaşmasının vacib olduğunu vurğulayaraq, irəli sürülən təkliflə razı olduğunu qeyd edib.
Qeyd edək ki, İranda mətbuatla iş məhz Mədəniyyət və İslami İrşad nazirliyinin fəaliyyət səlahiyyətlərinə aiddir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB