Bakıda ilk Gənclər Forumu keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli deyib. O bildirib ki, Forum cari ilin aprel ayında ATGTİ ilə Serbiya Universitetlər Birliyi (SKONUS) arasında imzalanan Niyyət Protokoluna əsasən həyata keçiriləcək: "Cari ilin aprel ayında Niyyət Protokolu, 4 aydan sonra isə iki təşkilat arasında Mübadilə protokolu imzalanıb. Forum bu protokol əsasında həyata keçiriləcək. Gələn ilin ilk ayında keçirilməsi nəzərdə tutulan forumun dəqiq vaxtı SKONUS tərəfindən dəqiqləşdiriləcək. Forumda hər iki ölkədən olan gənclər təhsillə bağlı fikir mübadiləsi aparacaqlar".
Daha sonra T.Məmmədli qeyd edib ki, Forumda 15-20min gəncin iştirakı nəzərdə tutulur. O həmçinin vurğulayıb ki, Forumda ölkəmizdə fəaliyyət göstərən digər təşkilatlar partnyor və qonaq qismində iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB