Bu gün serbiyalı gənclərin Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə SKONUS arasında əməkdaşlıq çərçivəsində reallaşan səfərin əsas məqsədi, iki ölkə tələbələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı layihələrin reallaşdırılması olub.
Tədbirdə səfər haqqında məlumat verən ATGTİ-nın beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli bildirib ki, serbiyalı gənclər səfər çərçivəsində ilk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, müxtəlif görüşlərə qatılıblar.
T. Məmmədli həmçinin bildirib ki, qonaqlar ölkəmizdə olduğu müddətdə AR Prezidentinin yanında Gənclər Fondu, "ASAN Xidmət", QHT-lərə Dövlət Dəstəyi Şurası və ölkənin aparıcı QHT-lərində görüşlər keçiriblər.
Onun sözlərinə görə, bundan əlavə qonaqları Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış etmək üçün İçəri Şəhər, Şirvanşahlar Sarayı və Qala Dövlət Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub.
Daha sonra mətbuat konfransında serbiyalı gənclər ölkəmiz haqqında öz təəssüratlarını bölüşüblər. Onlar gələcəkdə də Azərbaycanda yaşayıb təhsil almaq arzusunda olduqlarını dilə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB