SAM-ın aparıcı elmi işçisi Tiflisə səfər edəcək

SAM-ın aparıcı elmi işçisi Tiflisə səfər edəcək

17-19 sentyabr 2013-cü il tarixlərində Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev "Azərbaycan – Gürcüstan münasibətləri: strateji ittifaqın əsasları və çağırışları" hesabatının təqdimat mərasimində iştirak etmək üçün Tiflis şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, səfər ərəfəsində Z.Şiriyev Tiflis Dövlət Universitetində və Strateji və Beynəlxalq Tədqiqatlar Fondunda bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, səfərin məqsədi iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə