Prezidentliyə namizəd cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı təşviqat işlərinə start verdi FOTO

Prezidentliyə namizəd cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı təşviqat işlərinə start verdi FOTO

9 oktyabr 2013-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı, bu gün cənab İlham Əliyevin təşviqat işlərinə start verib. SİA-nın məlumatına görə, Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrində xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin portretləri birinci sıradan yapışdırılıb.

Gəncə şəhəri üzrə Mərkəzi Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq, seçicilərlə ilk görüş 17 sentyabr 2013-cü il saat 17:00-da Yeni Gəncə yaşayış massivindəki "Novruz" meydanında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə