“Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi” sona çatdı FOTO

“Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi” sona çatdı FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" adlı layihəsi sona çatıb. ATGTİ-dən SİA-ya verilən məlumata görə, AzGF-in maliyyə dəstəyi ilə 9-14 sentyabr 2013-ci il tarixində Nabran qəsəbəsində həyata keçirilən layihədə paytaxtın və ölkəmizin regionlarının bütün ali və orta ixtisas təhsili müəssisələrindən 80 yaxın TGT rəhbərləri iştirak edib.

Xatırladaq ki, layihə ərzində iştirakçılara "Layihənin yazılması və idarə olunması", "TGT işi" və "İşgüzar görüş" mövzusunda təlimlər keçilib.

Qeyd edək ki, liderlik məktəbi ərzində layihələr yazıldı və keçirilən layihə yarmarkasında layihələrin təqdimatı olunub. Ümumilikdə layihə yarmarkasına 30-dan çox layihə təqdim olunub.

Sonda "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi"nin bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə