Azərbaycanda daş ürək tapıldı

Füzuli rayonunda arxeoloji qazıntı zamanı ürək formasında müxtəlif ölçülü daşlar tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tapılan bu tarixi daşlar hər kəsi təəccübləndirib. Arxeoloqlar qazıntı işləri zamanı adətən daşdan əmək alətləri, bəzək əşiyaları və silahlar tapsalarda, bu dəfə daşdan ürək tapılıblar. Çaylaq daşından əl ilə yonulub ürək formasında hazırlanan bu daşın həm kiçik, həm də böyük forması var.

Qədim zamanlarda hazırlanan bu daşın o dövrdə nə məqsədlə hazırlandığı bilinməsədə, sakinlər bunu sevgi rəmzi kimi qiymətləndirir.

Qeyd edək ki, tapıntının nə məqsədlə hazırlandığını öyrənmək üçün eksponatlar Milli Elmlər Akademiyasına göndəriləcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə