"28 May" metrostansiyasının əsas çıxışı istifadəyə verilir

"28 May" metrostansiyasının əsas çıxışı istifadəyə verilir

Sabahdan "28 May" metrostansiyasının əsas çıxışı istifadəyə veriləcək. Bakı metropolitenindən SİA-ya verilən məlumata görə, bunu yeni tədris mövsümünün başlanmasını və sərnişinlərin sayının artmasını nəzərə alaraq, Bakı Metropoliteninin rəhbərliyi hazırda yenidən qurulan "28 May" stansiyasının əsas çıxışından sərnişinlərin istifadə etməsi ilə bağlı qəbul edib.

Qeyd edək ki, sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə