Azərbaycanın mobil operatoru və mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif edir. Müştərilərini ən yaxşı xidmətlə təmin etmək üçün "Bakcell" Bakı və ölkənin bütün regionlarını əhatə edən müştəri xidmətləri və diler mağazaları şəbəkəsini yaradıb.
Şirkətdən SİA-ya verilən məlumata görə, Daşkəsən şəhərində yenicə fəaliyyətə başlayan diler mağazası müştərilərinə təklif etdiyi yüksək səviyyəli xidmətlə qısa müddətdə rəğbət qazana bilib. Bu mağaza Daşkəsəndə "Bakcell"in ilk diler mağazasıdır və şirkətin bütün məhsullarını təklif edir. Mağaza həm satış məntəqəsi, həm də xidmət mərkəzi kimi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB