Jurnalistlər üçün yeni mənzil tikintisi ilə bağlı tender elan edildi
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Bu barədə məlumat fonddan verilib.
17 mərtəbəli, üç girişli yaşayış binası Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi Yeni Səlyan yolu ünvanında tikiləcək. Fond sənədləri 18 sentyabrdan 27 sentyabra qədər iş günləri saat 10:00-dan 16:00-dək qəbul edir.
Sorğuda iştirak etmək istəyənlər (+99412) 5371941 telefon nömrəsi və ya Bakı şəhəri, Mətbuat prospekti, 529 məhəlləsinə ünvanına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB