Masallı Rayon İcra Hakimiyyətinin (RİH) binasında Azərbaycanın "İnkişaf 2006" təşkilatı ilə Yaponiya səfirliyi arasında "Masallı rayonunun Güllütəpə kəndində tibb məntəqəsinin tikintisi" layihəsi üzrə qrant müqaviləsi imzalanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əsas məqsəd Güllütəpə və qonşu beş kəndin sakinlərinin tibbi xidmətdən istifadəsi üçün lazımi şərait yaratmaqdan ibarətdır. Təxminən 6 800 nəfərdən çox əhalinin yararlanacağı layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant 110,957 ABŞ dolları vəsait ayırıb.
Qrant sazişini Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə "İnkişaf 2006" təşkilatının icraçı direktoru Fizuli Abiyev imzalayıb.
Mərasimin sonunda Masallı rayonunun icra başçısı Rafil Hüseynov çıxış eərək ölkəmizdə yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən böyük dəstəyə görə layihənin icraçılarına, səfir Şusuke Vatanabeyə və Yaponiya hökumətinə minnətdarlığını bildirərən R.Hüseynov qonaqlara milli dəyərlərini özündə əks etdirən hədiyyə və suvenirləri hədiyyə edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB