Lerikdə Əmək yarmarkası keçirilib FOTOLAR

Lerikdə Əmək yarmarkası keçirilib FOTOLAR

Lerik rayonunda Əmək yarmarkası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon Məşğulluq Mərkəzi tərəfindən Mədəniyyət evinin foyesində baş tutan növbəti ənənəvi Əmək yarmarkasında 22 müəssisədən 18-si dövlət, 4-ü isə qeyri-dövlət müəssisəsi olub. 270 nəfərdən yuxarı rayon sakininin qatıldığı tədbirə 370 boş iş yeri çıxarılıb. 48 nəfər iş axtaran rayon sakininə işə düzəlmək üçün göndəriş verilib

Yarmarkada Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev, Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov çıxış edərək əmək bazarı haqqında geniş məlumat veriblər.

Tədbirdə əlaqədar təşkilatların rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Əmək Yarmarkası sentyabr ayı ərzində davam edəcək, müraciət edən rayon sakinləri müvafiq işlərlə təmin olunacaqlar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə