"Bu ilin oktyabrında Gənclər və İdman Nazirliyi ilə birgə "BMT Təhlükəsizlik Şurasının Nümunəvi iclası" keçiriləcək. Bu tədbirdə çoxlu sayda ölkələrdən olan gənclər iştirak edəcəklər". SİA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Gənclər Təşkilatlarının I Milli Konqresində bildirib.
O, Azərbaycanda gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirak etməsi üçün yaradılan şəraiti alqışladığını deyib: "Gənclər ölkənin gələcəyidir və ölkədə baş verəcək islahatların arxasında duracaq ən böyük qüvvədir. Azərbaycanda bunun təbii səbəbləri də var. Çünki Azərbaycanda əhalinin üçdə biri gənclərdən ibarətdir. Ölkədə gənclər siyasəti ilə bağlı artıq iki dövlət proqramı da həyata keçirilib. Gənclərlə bağlı həyata keçirilən layihələrə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. BMT görülən işləri anlayaraq, bu işin ölkənin gələcək dayanıqlığına xidmət edəcəyi qənaətindədir. Son iki il ərzində biz Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirik".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB