Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin, Samux rayon mərkəzində növbəti əmək yarmarkası keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, yarmarkada müraciət edənlərə 32 müəssisədən 149 iş yeri təklif olunub. İş axtaranlar əsasən təhsil, səhiyyə, mədəniyyət, emal və istehsal sahələrinə maraq göstəriblər.
Qeyd edək ki, 300-ə yaxın rayon sakininin iştirak etdiyi əmək yarmarkasında müxtəlif sahələr üzrə 45 nəfər daimi işlə təmin olunub, 10 nəfər isə ictimai işlərə göndərilib.
.jpg)
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB