Mingəçevir gənclərinin ictimai fəallığı müzakirə edilib

Mingəçevir gənclərinin ictimai fəallığı müzakirə edilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının Gənclər Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi "Mingəçevir gənclərinin ictimai fəallığı" mövzusunda dəyirmi masa keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, şəhər gənclərinin ictimai fəallığının daha da artırılması və birgə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə keçirilən dəyirmi masanı giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin rəsmisi Tural Kərimov ölkəmizdə aparılan uğurlu gənclər siyasəti barədə çıxış edib. O, regionlarda fərdi gənclərə və gənclər təşkilatlarına yaradılan şəraiti yüksək qiymətləndirib.

Dəyirmi masada çıxış edən gənclər, birgə əməkdaşlığın zəruriliyini qeyd edərək, region gənclərinin daha fəal olmaları istiqamətində bir sıra təkliflərini səsləndiriblər.

Qeyd edək ki, sonda gənclərə göstərilən diqqətə, o cümlədən Mingəçevir şəhərində Gənclər Evinin inşa olunub istifadəyə verilməsinə görə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə