İsmət Abbasov vətəndaşları qəbul edib FOTO

İsmət Abbasov vətəndaşları qəbul edib FOTO

Kənd təsərrüfatı naziri İsmət Abbasov bu gün Samux rayonunda vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, nazir Samux, Göygöl, Goranboy, Yevlax, Daşkəsən, Xocalı və Kəlbəcər rayonundan 50-dən çox fermerin iştirak etdiyi qəbulda əsasən torpaq islahatları, əkin sahələrinin suvarılması, kənd təsərrüfatı texnikasının ayrılması, subsidiyalar, istehsalda və heyvandarlıqda xəstəliklərə qarşı mübarizə üçün dizenfeksiyaedici vasitələrin çatışmazlığı, toxum tədarükü və sair məsələlərlə bağlı müraciətlər səsləndirilib. Güzəştli kreditlərin və mineral gübrələrin qiymətinin bahalaşması ilə bağlı müraciətlərə də aydınlıq gətirilib.

Qeyd edək ki, qəbulda müraciətlərin yarıdan çoxu yerindəcə həll olunub, nazirliyin məsul bölmələrinə dərhal tapşırıqlar verilib.

İlham Məmmdəov

Bütün xəbərlər Facebook səhifəmizdə