Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yevlaxda vətəndaşları qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəbulda Yevlax Goranboy, Mingəçevir, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar rayonlarından olan vətəndaşlar iştirak ediblər. Müraciətlər əsasən əmlakların özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmçinin komitə səlahiyyətlində olan digər məsələlərdən ibarət olub.
Komitə sədri müraciətlərdən sonra bəzi məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB