Bərdə rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi yüksək balla ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, görüşdə təhsilin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən layihələrdən danışılıb. Qeyd olunub ki, son illər Bərdədə yeni məktəblər və əlavə tədris korpusları tikilib, bir çox təhsil ocaqları əsaslı təmir olunub. Bütün bunların nəticəsidir ki, test imtahanlarında yüksək bal toplayan Bərdəli abituriyentlərin sayı ilbəil artır.
Həmçinin bildirilib ki, bu il ali məktəblərə 313 nəfər qəbul olub. Tələbə adını qazananlardan 57 nəfəri 500-700 arası bal toplayıb. Bunlardan 23 nəfəri kənd məktəblərinin payına düşür.
Qeyd edək ki, görüşün sonunda yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə mükafatlar təqdim olunub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB