Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, monitorinq iştirakçıları ilk öncə Ağdam rayon icra hakimiyyətində olublar. Burda cəbhə xəttində vəziyyət barədə məlumata alıblar. İcra hakimiyyətində davam edən 1 saatlıq görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttinə yola düşüblər. Qoşunların təmas xəttində 2 saata qədər davam edən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçirib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə