Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Quzanlı Olimpiya İdman Kompleksində keçirilən yarmarkada 23 idarə, müəssisə və təşkilat tərəfindən 200 boş iş yeri təqdim olunub. Əmək yarmarkasında 60 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. İş yerləri üzrə təklif olunan əmək haqqı 100-400 manat məbləği civarında olub.
Qeyd edək ki, yarmarkada 300-ə qədər iş axtaran vətəndaş iştirak edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB