"N" saylı hərbi hissənin əsgəri vəfat edib

"N" saylı hərbi hissənin əsgəri vəfat edib

Bu gün Şəmkir hərbi birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə