Millət vəkili müxalifəti Allaha tapşırdı: “Onları Allahın bəlası tutacaq”
"Azərbaycanın bu qədər inkişafını görməzliyə vurmaq olarmı? Son illər Azərbaycanın sürətli inkişafı göz önündədir və indi kimlərinsə bunu görməzlikdən gəlməsi insafsızlıqdır". SİA xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sentyabrın 13-də keçirilən 2013-cü il payız sessiyası ilə bağlı ilk iclasında çıxışı zamanı sözügedən komitənin üzvi Hacı Qalib Salahzadə deyib.
O, çıxışı zamanı qeyd edib ki, bu gün Azərbaycanın bütün regionları inkişaf etməkdə, gözəlləşməkdə, abadlaşmaqdadır: "Demək olar ki, şəhərlə kəndin fərqi yoxdur. Bakıda olan şərait rayonlarda, kəndlərdə də var. Bunları görməyənləri, uğurlarımızı gözü götürməyənləri Allahın bəlası tutacaq. Mən bunu Hacı kimi deyirəm. Onlar Allahın bəlasına gələcək".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB