Millət vəkili Qənirə Paşayeva Cənubi Koreyalı jurnalistlərdən ibarət nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili, Azərbaycan ilə Cənubi Koreya arasında əlaqələrin, əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsinin sevindirici hal olduğunu deyib. Xüsusilə hər iki dövlətin qanunvericlik orqanları arasında əlaqələrin inkişafına önəm verildiyini, bu əlaqələrin sürətli inkişaf etməsinin müsbət, sevindirici hal olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki dövlətin media, mətbuat orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib. Cənubi Koreya jurnalistləri ilə fikir mübadiləsi zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verib.
Görüş zamanı millət vəkili Azərbaycanda qadın haqları, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi, onların qanunvericilikdə təmsilçiyi ilə bağlı məlumat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva bu istiqamətlərdə parlamentin gördüyü işlər, qəbul olunan qanunlar, əldə olunan nəticələr və həllini gözləyən problemlərlə bağlı da məlumatlar verib. O bildirib ki, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə daha da artır və bu rolun daha da artması ölkənin siyasətində prioritetlərdən biridir.
Azərbaycanda olmaqdan məmnunluq duyan Cənubi Koreya jurnalistlərindən ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Cənubi Koreya arasında bütün istiqamətlərdə əməkdaşlığın sürətləndirilməsinin məmnuniyyətverici olduğunu qeyd ediblər. Jurnalist qonaqlar Azərbaycanla bağlı Cənubi Koreya ictimaiyyətinə daha çox məlumatların ötürülməsi, ölkələrimizin, xalqlarımızın bir-birini daha yaxından tanımasında mətbuat və medianın rolunun genişləndirilməsinin önəmini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB