Polis əməkdaşları üçün yaddaş kitabçası işıq üzü görüb

Polis əməkdaşları üçün yaddaş kitabçası işıq üzü görüb

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. MSK-dan SİA-ya verilən məlumata görə, Komissiya bu dəfə "Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası" hazırlayaraq çap etdirib. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb. Kitabça 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında" qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə