“Müşahidəçilər üçün yaddaş” işıq üzü görüb

“Müşahidəçilər üçün yaddaş” işıq üzü görüb

Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görüb. MSK-dan SİA-ya verilən məlumata görə, yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Qeyd edək ki, "Müşahidəçilər üçün yaddaş" kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə