“Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi”də təlimlər başa çatdı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 9-14 sentyabrda həyata keçirdiyi "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" layihəsi ərzində keçirilən təlimlər başa çatıb. ATGTİ-dən SİA-ya verilən məlumata görə, 9-14 sentyabr tarixində keçirilən layihə ərzində iştirakçılara "TGT işi", "Layihənin yazılması və idarə olunması", "İşgüzar görüş" təlimləri keçirilib.
"Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" nin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərdə vahid struktur modelinin yaradılması, standart üzvləşmə sisteminin tətbiqinin işlənib hazırlanması, TGT sədrlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, hazırlıq səviyyələrinin yüksəldilməsidir. Eyni zamanda ölkənin təhsil müəssisələrinin tələbələri, TGT-lər və bilavasitə onların sədrləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB