Qanunsuz pul mənimsəyən Ağsu sakininə qarşı cinayət işi açılıb

Qanunsuz pul mənimsəyən Ağsu sakininə qarşı cinayət işi açılıb

Dövlət Miqrasiya Xidmətindən Ağsu rayon sakini Ceyhun Bədəlovun qanunsuz hərəkətlərinə dair Baş Prokurorluğa daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırmalar zamanı C.Bədəlovun Dövlət Miqrasiya Xidməti tərəfindən "Bestpack" MMC-yə 35.0 min manat məbləğində inzibati tənbeh növündə tətbiq olunana cərimənin hissə-hissə ödənilməsinə şəxsi əlaqələrindən istifadə edərək kömək edəcəyi adı ilə MMC-nin rəhbəri Nəsimi Mustafayevdən 26 iyul 2013-cü il tarixdə 15.0 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir

Bütün xəbərlər Facebook səhifəmizdə