DMX-nin adından istifadə edən Ağsu sakini yaxalandı

DMX-nin adından istifadə edən Ağsu sakini yaxalandı

Dövlət Miqrasiya Xidmətindən Ağsu rayon sakini Ceyhun Bədəlovun qanunsuz hərəkətlərinə dair Baş Prokurorluğa şikayət daxil olub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırmalar zamanı C.Bədəlovun Dövlət Miqrasiya Xidməti tərəfindən "Bestpack" MMC-yə 35.0 min manat məbləğində inzibati tənbeh növündə tətbiq olunmuş cərimənin hissə-hissə ödənilməsinə şəxsi əlaqələrindən istifadə edərək kömək edəcəyini vəd edib.

MMC-nin rəhbəri Nəsimi Mustafayevdən 26 iyul 2013-cü il tarixdə 15.0 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə