Son günlər bəzi kütləvi informasiya vasitələrində Quba rayonu ərazisində yerləşən tarixi abidələrlə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. Məsələ ilə bağlı rəsmi münasibət əldə etmək üçün SİA-nın əməkdaşı Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yazıda göstərilənlər tamamilə əsassız, həqiqətdən uzaq və qeyri-obyektivdir.
Məqalədə dərc olunanlara "faktlar"a aydınlıq gətirən İcra Hakimiyyətinin nümayəndəsi bildirilib ki, Quba Rayon İcra Hakimiyyətində həm icra başçısı, həm başçının müavinləri, həm də RİH Başçısı Aparatının şöbə müdirləri tərəfindən vətəndaşların qəbulu tamamilə mövcud qanunvericiliyin və müvafiq təlimatların tələblərinə uyğun səviyyədə təşkil olunaraq aparılır: "Qəbullar zamanı vətəndaşlar diqqətlə dinlənilir, onların qaldırdıqları məsələlərə obyektiv şəkildə, həssaslıqla və yüksək diqqətlə baxılır, onlara müvafiq köməkliklər göstərilir. RİH başçısının müavini Afət Həsənovaya isə ümumiyyətlə işlədiyi dövr ərzində heç bir vətəndaş tərəfindən "Çuxur hamam" barədə müraciət edilməmişdir. Rayonumuzun ərazisində yerləşən tarixi abidələrin mühafizəsi, onların təmiri, ərazilərində səliqə-səhmanın təmin olunması məqsədilə rayon icra hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlarla birlikdə müntəzəm tədbirlər həyata keçirilir".
Məlumatda həmçinin qeyd olunub ki, Quba rayonu tarixi-memarlıq abidələri ilə olduqca zəngindir: "Hazırda rayonumuzda ümumilikdə 162 tarixi memarlıq abidəsi vardır ki, onlardan da 1-i dünya əhəmiyyətli, 40-ı ölkə əhəmiyyətli, 121-i isə yerli əhəmiyyətli abidələrdir. Quba şəhərində yerləşən "Hündür gümbəzli hamam" XIX əsrə aid tarixi abidə olmaqla 4606 nömrəli inventar nömrəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Bina bişmiş kərpicdən tikilmiş və 6 otaqdan ibarətdir. Hazırda hamam binası tarixi abidə mühafizəçiləri tərəfindən qorunur, binanın ərazisində müntəzəm səliqə-səhman işləri aparılır".
Əməkdaşımızla söhbətində icra hakimiyyətinin rəsmisi bildirib ki, görünür məqalə müəllifləri rayon İH-nin işğuzar imicinə xələl gətirmək niyyətində olmaqla yanaşı oxucular arasında çaşqınlıq yaratmaq məqsədi də güdüblər: "Bir daha yazılan məlumatların hec bir həqiqətə və fakta əsaslanmadığını bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB