Sabirabadda Qarabağ əlillərinə diqqət və qayğı var

Sabirabadda Qarabağ əlillərinə diqqət və qayğı var

Bəzi mətbu orqanlar reytinqlərini artırmaq, geniş oxucu kütləsi cəlb etmək və özünü guya ictimai fikrə təsir edirmiş kimi göstərmək üçün müxtəlif üsullardan, hətta qarayaxmadan, şər və böhtandan, bir sakinin kiçik problemini böyüdüb ümumölkə səviyyəsinə qaldırmaqdan belə istifadə edirlər. Onların bir məqsədi var: "stəkanda fırtına törətməklə" gəlir əldə etmək, bir sözlə reketçiliklə məşğul olmaq.

Buna misal olaraq Sabirabad şəhər sakini, II sənaye kombinat qəsəbəsi ev 1, mənzil 9-da yaşayan III qrup Qarabağ əlili Əhmədov Ülvi Novruz oğlunun problemindən istifadə edərək rayon rəhbərliyinə qarşı kampaniya aparan mətbu orqanın əməllərini göstərə bilərik. SİA-nın əməkdaşı Qarabağ əlilindən məsələ ilə bağlı məlumat alandan sonra bəlli olub ki, burada yanlışlığa yol verilib, "faktlar" qərəzlidir. Qarabağ əlili redaksiyamıza ünvanladığı məktubunda da məsələnin heç də mətbuatda yazıldığı kimi olmadığı üzə çıxıb. Ü.Əhmədov yazır: "Sosial məişət qayğılarımla əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinə ərizəmlə müraciət etmişdim. 12.09.13 il tarixində icra başçısının qəbulunda oldum. İşlə təmin olundum. Evimin yaxınlığındakı beton zavoddan avqust ayında 150 (yüz əlli) manat, sentyabr ayında 150 manat maddi yardım almışdım. Banklara olan borcumun ödənilməsi ilə əlaqədar müvafiq işlər görüldü. Mənə göstərilən köməyə görə cənab Prezidentimizə, o cümlədən rayon icra hakimiyyətinin başçısına minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə