Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib

"Mərkəzi Bankda korporativ sosial məsuliyyət (KSM) institutunun yaradılması" layihəsi çərçivəsində B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematalogiya və Transfuziologiya institutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

SİA-ya verilən məlumata görə, qan vermə aksiyasında iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib. Nəticədə aksiyada könüllü iştirak edən 40-a yaxın əməkdaşdan qan götürülüb.

Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə