Aleksandr Nevski kilsəsinin 126-cı il dönümü qeyd olunub

Aleksandr Nevski kilsəsinin 126-cı il dönümü qeyd olunub

Ölkəmizdə yaşayan provaslavlar Gəncə şəhərində bir araya gəlib. SİA-nın bölgə müxbirinin məlumatına görə, xristianlar Gəncə şəhərindəki Aleksandr Nevski Rus Provaslav kilsəsinin 126-cı il dönümünü qeyd edib. Kilsəyə toplaşanlar burada dini ayinləri yerinə yetirib, tanrıya dualar ediblər. Ümumiyyətlə 1887-ci ildə istifadəyə verilən kilsənin əsas özəlliyi ondan ibarətdir ki, burada ibadətgah bu günədək fəaliyyətini bir gün belə dayandırmayıb. Kilsənin ziyarətçiləri əsasən 19-cu əsrdə Rusiyadan ölkəmizə köçürülən ruslar və onların əsabələridir.

Qeyd edək ki, müxtəlif dövrlərdə Gəncədə 4 kilsə tikilib istifadəyə verilsə də, bu gün onlardan sadəcə biri təyinatı üzrə fəaliyyət göstərir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə