Temperatur endi, yağış yağacaq

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, paytaxtda və yarımadada havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacaq.

Şöbə müdiri bildirib ki, sentrabrın 13-də ölkənin rayonlarında bəzi yerlərdə yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq kəsiləcəyi gözlənilir: "Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə