YAP Gənclər Birliyi İKT üzrə yüksək balla ali məktəbə daxil olan tələbələrlə görüş keçirib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələr ilə görüş keçirilib. SİA-nın məlumatına görə, 30 nəfərə yaxın gəncin qatıldığı görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib.
Tədbirdə ilk çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq qeyd edib ki, bu gün dünyada informasiya kommunikasiya və mühəndislik sahəsi digər sahələri ötməkdədir: "Azərbaycanda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə təhsil alan tələbələrin bilikləri nə qədər çox olsa, inkişaf daha intensiv olar".
Daha sonra çıxış edən İltimas Məmmədov tələbələri təbrik edərək qeyd edib ki, İKT sahəsinə Ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışı zamanı regionlarda internetin inkişafı məsələsinə də toxunan nazir müavini bildirib ki, ucqar kəndlərdə internetin gücü 10 meqabit (mb/s), rayon mərkəzlərində 30 meqabit (mb/s), Bakı kimi şəhərlərdə isə 100 meqabitdən (mb/s) artıq olacaq.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə tədbirdə iştirak bütün tələbələri təbrik edərək qeyd edib ki, İKT sahəsi Azərbaycanda intensiv inkişaf etməkdədir: "İKT və mühəndislik sahəsi Azərbaycan üçün çox önəmlidir. Azərbaycanda iri sənaye komplekslərinin tikilməsi, yeni iş yerlərinin açılması bu sahədə olan peşəkar mütəxəssislərə tələbatı artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB