2 - 9 sentyabr 2013 – cü il tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Nəzarət Təftiş Komissiyasının və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) sədri Aqşin Hüseyni Rumıniyanın Craivo şəhərində "Gənclər fəaliyyətdə" ("Youth in Action") proqramı çərçivəsində "Make a step!" adlı təlim kursunda iştirak edib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, təlim 7 müxtəlif ölkədən Azərbaycan, Belarus Respublikası, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Rumıniya olmaqla 28 layihə koordinatorunu və gənc liderləri bir araya toplayıb.
Təlim kursunun təşkil olunmasında əsas məqsəd gənc insanlar arasında könüllük prinsiplərinin aşılanmasında çatışmazlıqların aradan qaldırılması, gənc liderlərin və layihə koordinatorlarının təşkilatı bacarıqlarını inkişaf etdirməkdir. Kursun sonunda iştirakçılar yerli və beynəlxalq gənc könüllülərin fəaliyyətinin istiqamətləndirilməsi və təşkili, gənc könüllülərin təlim müddətində üzləşdiyi çətinliklərin aradan qaldırılma strategiyası, könüllük layihəsində əsas aparıcı addımların həyata keçirilməsidir. Təlim qeyri formal təhsil formatında müzakirə və debatlar, qrup işi və məşğələlər şəklində həyata keçirilib, Rumıniya Gənclər və İdman Nazirliyi və bir çox qurumlarlarla görüşlər keçirilib.
Sonda iştirak etmiş gənclərə Youthpass sertifikatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB